AZ

Yaponiyada Sunami xəbərdarlığı edildi

Yazını böyüt
Yazını kiçilt

Aomori prefekturasının şimal-şərqində, Yaponiya sahillərində 6.7 bal gücündə zəlzələ qeydə alınıb. Bir metr hündürlükdə sunami təhlükəsi elan edilib.

Hafta.az xəbər verir ki, Yaponiyanın Milli Meteorologiya İdarəsi sunami xəbərdarlığı edib.

Zəlzələ 20 kilometr dərinlikdə baş verib. Miyagi, İvate və Aomori prefekturalarının sahillərində, eləcə də Hokkaydonun cənub-şərq sahillərində sunami xəbərdarlığı edilib.

Qeyd edək ki, dekabrın 8-də eyni ərazidə 7.5 bal gücündə zəlzələ baş verib, ardınca 70 sm hündürlüyə qədər sunami baş verib. Zəlzələ nəticəsində təxminən 40 nəfər xəsarət alıb. Seysmoloqlar güclü afterşokların təhlükəsi barədə xəbərdarlıq ediblər.

Seçilən
49
4
hafta.az

5Mənbələr