RU

“İran əvvəlki ölkə deyil. O, nüfuzu sarsıdılmış bir ölkədir”

ABŞ prezidenti Donald Tramp bildirib ki, “İran əvvəlki ölkə deyil. Əvvəllər İrandan qorxurdular. İndi isə nüfuzu sarsıdılmış bir ölkədir”.

Vətəninfo.az xəbər verir ki, on iki günlük müharibədən danışan ABŞ prezidenti qeyd edib ki, onlar İsrail üçün çox şey ediblər.

“Biz İsrail üçün çox şey etdik. Biz İsrail üçün yaxşı iş gördük”, Tramp vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonla razılığa gəlməyib raket proqramını davam etdirərsə, ABŞ bu ölkəyə yenidən zərbə endirməyə hazırdır.

Tramp qeyd edib ki, Yaxın Şərqdə hazırkı nisbi sabitlik ABŞ ordusunun vaxtilə İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra mümkün olub.

Prezidentin sözlərinə görə, İran nüvə proqramını bərpa etməyə çalışa bilər, lakin bu proses uzun zaman tələb edəcək.

“Əgər onlar bizimlə anlaşma əldə etmədən bu proqramı bərpa etmək istəsələr, biz onu yenidən məhv edəcəyik. Onların raket arsenalını da çox qısa müddətdə sıradan çıxarmaq imkanımız var”, – deyə Tramp bildirib.

Избранный
5
1
veteninfo.az

10Источники