AZ

ABŞ İranı yenidən bombalaya bilər Tramp hədələdi

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran Vaşinqtonla razılığa gəlməyib raket proqramını davam etdirərsə, ABŞ bu ölkəyə yenidən zərbə endirməyə hazırdır.

Modern.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

O qeyd edib ki, Yaxın Şərqdə hazırkı nisbi sabitlik ABŞ ordusunun vaxtilə İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra mümkün olub.

Trampın sözlərinə görə, İran nüvə proqramını bərpa etməyə çalışa bilər, lakin bu proses uzun zaman tələb edəcək:

“Əgər onlar bizimlə anlaşma əldə etmədən bu proqramı bərpa etmək istəsələr, biz onu yenidən məhv edəcəyik. Onların raket arsenalını da çox qısa müddətdə sıradan çıxarmaq imkanımız var”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
15
modern.az

10Mənbələr