RU

Qaz borusunun zədələndiyi qəzanın VİDEOSU

Ötən gecə paytaxtın Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı qaz xətti zədələnib.

Day.Az xəbər verir ki, Bəkir Çobanzadə küçəsində "Volkswagen" və "Porsche" markalı avtomobillərin toqquşmasından sonra maşınlardan biri qaz borusuna çırpılıb.

Nəticədə qaz xəttində yanğın başlayıb. Hadisə vaxtı avtomobillərdən biri də yanıb.

Qəzaya uğrayan "Porsche"nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.

Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. "Porsche"nin sürücüsündə çanaq sümüyünün sınığı müəyyən edildiyi üçün xəstəxanaya yerləşdirilib.

Избранный
5
2
day.az

6Источники