AZ

Bakıda 2 maşın qaz borusuna çırpıldı: yanğın başladı - QƏZANIN VİDEOSU

Ötən gecə paytaxtın Nizami rayonundaağır yol-nəqliyyat hadisəsi zamanı qaz xətti zədələnib.

“Sitat.info” xəbər verir ki, Bəkir Çobanzadə küçəsində “Volkswagen” və “Porsche” markalı avtomobillərin toqquşmasından sonra maşınlardan biri qaz borusuna çırpılıb.

Nəticədə qaz xəttində yanğın başlayıb. Hadisə vaxtı avtomobillərdən biri də yanıb.

Qəzaya uğrayan “Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.

Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. “Porsche”nin sürücüsündə çanaq sümüyünün sınığı müəyyən edildiyi üçün xəstəxanaya yerləşdirilib.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Avtomobillər, ağaclıq sahə və ətraf ərazilər yanğından mühafizə olunub.

Hadisənin görüntülərini təqdim edirik:

Seçilən
6
2
sitat.info

6Mənbələr