RU

Avtomobil istehsalçıları ABŞ-ı Çinə qadağa qoymağa çağırıb

Ən böyük avtomobil istehsalçıları Vaşinqtonu Çin avtomobil istehsalçıları və batareya istehsalçılarının ABŞ-da istehsal müəssisələri qurmasının qarşısını almağa çağıraraq sənayenin gələcəyinin təhlükədə olduğunu bildiriblər.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

General Motors, Ford, Toyota Motor, Volkswagen, Hyundai və digər böyük avtomobil istehsalçılarını təmsil edən Avtomobil İnnovasiyası Alyansı Konqres və Tramp administrasiyasının hərəkətə keçməli olduğunu bildirib.

Alyans Çin avtomobilləri ilə bağlı Nümayəndələr Palatasının dinləməsi üçün verdiyi açıqlamada yazıb: "Çin ABŞ avtomobil sənayesi üçün açıq və mövcud təhlükə yaradır".

Həmçinin bildirilib ki, qanunvericilər ABŞ Ticarət Nazirliyinin Çindən informasiya və kommunikasiya texnologiyaları və xidmətlərinin idxalına qoyduğu qadağanı qüvvədə saxlamalıdırlar ki, bu da faktiki olaraq Çin istehsalçılarından avtomobillərin idxalını qadağan edir.

Elvin

Ölkə.az

Избранный
40
3
olke.az

4Источники