RU

Bolqarıstanın baş naziri istefa verdi

Bolqarıstanın baş naziri istefa verdi

Bolqarıstan baş naziri Rosen Jelyazkov üçlü koalisiya hökuməti üçün müxalifətin təqdim edəcəyi etimad səsverməsi öncəsi istefa qərarı alıb.

Jelyazkov parlamentdə verdiyi açıqlamada istefasının səbəbi kimi ölkədə artan ictimai narazılığı göstərib.

O bildirib ki, cəmiyyətin gözləntilərinə uyğun hərəkət etmək istəyir: "Hakimiyyət xalqın iradəsindən doğur. İstefa çağırışını həm gənclər, həm də yaşlılar irəli sürüb. Bu vətəndaş enerjisi dəstəklənməli və təşviq edilməlidir”.

Jelyazkovun istefası ölkədə yeni erkən seçkilərə gedən yolu da açıb. Hökumətin istefasına dair səsvermənin 12 dekabrda keçiriləcəyi gözlənilir.

Eyni zamanda üçlü koalisiya hökumətinin lideri olan Bolqarıstanın Avropalı İnkişafı üçün Vətəndaşlar (GERB) partiyasının sədri Boyko Borisov Baş nazir Jelyazkovun istefasına reaksiya verib.

Hökumətin istefasından sonra parlamentdə müzakirəsi davam edən büdcənin qəbuluna partiyasının heç bir müdaxilə etməyəcəyini bildirən Borisov “11 aylıq hakimiyyətimiz dövründə utanacaq heç nə etmədik” deyib.

Borisov Baş nazir Jelyazkovun istefasını şəxsən istədiyini qeyd edərək, “Bundan sonra qanunvericilik işlərimizdə heç bir yenidənqurma olmayacaq. Müxalifət üzərimizə yük yükləyə bilməz. Artıq istefa etmiş hökumət işləyə bilməz. Bazar qiymətlərinin artmasının qarşısını almaq üçün kömək edəcəyik, amma yeni büdcəyə müdaxilə etməyəcəyik” deyib.

Избранный
56
afn.az

1Источники