RU

Liv Bona Dea Hospitalında Sümük iliyi transplantasiya mərkəzinin açılışı olub - FOTO

Dekabrın 11-də Liv Bona Dea Hospitalında Sümük iliyi transplantasiya mərkəzinin açılış mərasimi keçirilib.

Aznews.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev iştirak ediblər.

Leyla Əliyeva əvvəlcə Heydər Əliyev Fondunun himayəsi altında xəstəxanada müalicə alan azyaşlıya baş çəkib, onun səhhəti ilə maraqlanıb, hədiyyə təqdim edib.

Sonra Sümük iliyi transplantasiya mərkəzinin açılışı olub.

Yeni mərkəz həm böyüklər, həm də uşaqlar üçün sümük iliyi köçürmələrini həyata keçirəcək. Məlumat verilib ki, mərkəzdə 6 xüsusi izolyasiya olunmuş palata fəaliyyət göstərir. Həmin infrastruktur illik 80 xəstənin qəbuluna və müalicəsinə imkan yaradır.

Qeyd olunub ki, hazırda xəstəxananın tərkibində 8 çarpayılıq hematologiya şöbəsi də xəstələrin ixtiyarındadır. Şöbədəki bütün palatalar müasir HEPA filtrasiyalı pozitiv təzyiq sistemi ilə təchiz olunub ki, bu da xəstələrin infeksiyalardan maksimum qorunmasını təmin edir. Kimyaterapiya preparatlarının hazırlanması biotəhlükəsizlik kabinlərində, hüceyrə toplanması isə müstəqil aferes bölməsində aparılır.

Избранный
31
28
aznews.az

10Источники