RU

Ulu Öndər Heydər Əliyev –gənclərə miras qalan yol

Dağlar diyarı Lerikdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lerik Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Müstəqil Azərbaycanın memarı, dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü münasibətilə əlaqədar “Ulu Öndər Heydər Əliyev – gənclərə miras qalan yol” mövzusunda görüş keçirilib.

Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Ümummilli Lider Heydər Əliyevin və Vətən yolunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

‎Görüşdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin tərəqqisində, müasir gənclər siyasətinin formalaşması və inkişafı istiqamətində gördüyü misilsiz işlərdən ətraflı söhbət açıblar. Bildirilib ki, Heydər Əliyevin siyasi irsi bu gün də ölkəmizdə gənclərin inkişafına geniş imkanlar açan əsas strateji xətt kimi davam etdirilir.

‎Çıxışlarda xüsusi olaraq o da vurğulanıb ki, dövlətin gənclərə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla görülür.

Görüş iştirakçıları ən çox düşündürən suallara cavab verməklə sona çatıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
13
ikisahil.az

1Источники