RU

Zaxarovadan Ermənistan və KTMT ilə bağlı vacib açıqlama: Sadəcə oyundur

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır və onun təşkilatda fəal iştirakını bərpa etməsinə heç bir maneə yoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Ermənistan üzv ölkə kimi bütün hüquq və öhdəliklərini saxlayır. Tərəfdaşların təşkilatda fəal, normal və tamhüquqlu işini bərpa etməsinə heç bir maneə yoxdur. Guya iştirakın dondurulması ilə bağlı deyilənlər isə sadəcə söz oyunudur. KTMT-nin normativ-hüquqi bazasında belə bir forma nəzərdə tutulmayıb,” – o əlavə edib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
globalinfo.az

2Источники