İlkin araşdırmalarla Nadir Səfərovun, 1996-ci il təvəllüdlü Elvin Məmmədov tərəfindən bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi açılıb.
Elvin Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə yekun ittiham irəlir sürülüb.(mənbə:apa)