RU

“Bilirdik ki, oyunun taleyini uğurlu əks-hücumlarımız həll edəcək” –“Ayaks” pley-off xəyalları qurur

“Ayaks”ın futbolçusu Oskar Qlux komandasının “Qarabağ”ı məğlub etdiyi oyun haqda fikirlərini bölüşüb.

“Football-plus.az”ın məlumatına görə, UEFA tərəfindən oyunun ən yaxşısı seçilən yarımmüdafiəçi bu qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanmaq ehtimallarının artdığını bildirib:
“Qarşılaşmanın ən yaxşısı seçildim. Bu titul mənə lazım idi. Çempionlar Liqasında çoxlu qol vurmaq, qələbələr qazanmaq istəyirəm. Bu gün pley-off mərhələsinə vəsiqə qazanmaq şansımızı artırdıq. Növbəti iki oyunda da qalib gəlib hədəfə çata bilərik. Artıq ümid var. Bu matçdan əvvəl da favorit biz deyildik. Ancaq keçidlərdə çox yaxşı oynadıq. Bilirdik ki, oyunun taleyini uğurlu əks-hücumlarımız həll edəcək. Belə də oldu. “Qarabağ”ı əks-hücumlarda yaxalayıb qollar vurduq. Yolumuza davam etməliyik”.
KƏNAN BAHADIR
Избранный
23
1
football-plus.az

2Источники