RU

Bolqarıstanda hökumətin istefasını tələb edən etiraz aksiyası keçirib

Ajans.az Reuters-ə istinadən xəbər verir ki,etirazçılar Sofiyanın mərkəzindəki parlament binasına lazerlə “İstefa”, “Mafiya rədd olsun” və “Ədalətli Seçkilər Uğrunda” sözlərini proyeksiya ediblər. Cümə axşamı Bolqarıstan parlamenti Baş nazir Rosen Jelyazkovun hökumətinə qarşı etimadsızlıq səsverməsi keçirəcək. Bu, onun bu il yanvarın 15-də hakimiyyətə gəlməsindən bəri altıncı belə səsvermə olacaq. Ötən həftə kütləvi etirazlardan sonra hökumət ilk dəfə 2026-cı il büdcə təklifini geri götürüb. Müxalifət partiyaları və digər təşkilatlar daha yüksək dövlət xərclərini maliyyələşdirmək məqsədilə sosial təminat ödənişləri və dividend vergilərinin artırılmasına etiraz etdiklərini bildirib. Hökumətin büdcə təklifini geri götürməsinə baxmayaraq, etirazlar davam edir. Bolqarıstan prezidenti Rumen Radev etirazlar fonunda erkən seçkilərin keçirilməsini tələb etsə də, Baş nazir Rosen Jelyazkov bu variantı rədd edib.

 

Избранный
4
Ajans.az

1Источники