RU

Kəmaləddin Heydərov Qətər Dövlətinin Milli günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib (FOTO)

Bakı.Trend:

Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökumətiarasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri,fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Milligünü münasibətilə həmin ölkənin Bakıdakı Səfirliyi tərəfindəntəşkil olunmuş rəsmi qəbulda iştirak edib.

Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, qəbulda çıxış edən nazir Kəmaləddin HeydərovMilli gün münasibətilə Qətər xalqını Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin adından təbrik edib, Qətər Dövlətinəəmin-amanlıq və davamlı tərəqqi arzulayıb.

Azərbaycan və Qətər arasında otuz ildən artıq müddətdəformalaşmış diplomatik münasibətlərin dostluq və qarşılıqlı hörmətəəsaslandığını vurğulayan nazir iki ölkə liderlərinin müdrik,ardıcıl və uzaqgörən siyasəti nəticəsində ölkələrimiz arasındaçoxşaxəli əlaqələrin daim genişləndiyini xatırladıb.

Bu çərçivədə, Azərbaycan Respublikası Hökuməti və Qətər DövlətiHökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanınfəaliyyəti qeyd olunub. Cari ilin noyabr ayında keçirilmişKomissiyanın dördüncü iclasının iki ölkə arasında iqtisadiəməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunudeyən nazir iclas çərçivəsində təşkil olunmuş Azərbaycan-QətərBirgə Biznes Şurasının ilk iclası barədə danışıb.

K.Heydərov, həmçinin Azərbaycan Respublikasının Fövqəladə HallarNazirliyi ilə Qətər Dövlətinin müvafiq qurumları arasında fövqəladəhalların idarə edilməsi sahəsində əməkdaşlıq münasibətlərindəndanışıb, əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsininqarşılıqlı faydasını qeyd edib.

Kəmaləddin
Kəmaləddin
Məqalədə:
Избранный
27
8
az.trend.az

10Источники