RU

Petrodan Maduraya çağırış: “Keçid hökuməti qurulmalıdır”

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Kolumbiya Prezidenti Qustavo Petro, Venesuela Prezidenti Nikolas Maduronu bütün tərəflərin iştirak edəcəyi bir keçid hökuməti qurmağa çağırıb.

"Cebheinfo.az" xəbər verir ki, Petro sosial media hesabında etdiyi paylaşımda, dolayı yolla Venesuela lideri Maduronu hakimiyyəti müxalifətə təhvil verməyə səsləyib.

Demokratiyanın əhəmiyyətini vurğulayan Petro belə deyib:

“Maduro hökuməti anlamalıdır ki, xarici hücuma veriləcək cavab təkcə hərbi hazırlıq deyil, eyni zamanda demokratik bir dönüş olmalıdır. Bir ölkə daha çox təzyiqlə deyil, daha çox demokratiya ilə müdafiə olunur.

Həll yolu həbsxanaları böyütmək deyil, geniş əhatəli ümumi amnistiya elan etməkdir. Bütün tərəflərin iştirak edəcəyi bir keçid hökuməti qurmağın vaxtı çatıb”.

ABŞ-nin Venesuelaya qarşı hərbi təhdidlərini xatırladan Petro əlavə edib:

“Bolivarın vətəni nə xaricilər tərəfindən işğal edilməlidir, nə də boş ritorikalarla və ya ruhu boğan təzyiqlərlə idarə olunmalıdır. Bolivarın vətəni daha çox demokratiya və suverenliklə qorunur”.

Digər tərəfdən, Petro Venesuelada yerləşən Maiquetia Hava Limanında, venesuelalı kardinal Baltazar Porrasın pasportunun təhlükəsizlik qüvvələri tərəfindən müsadirə edilməsini də tənqid edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
cebheinfo.az

2Источники