RU

ABŞ hədələyir...Maduro isə mahnı oxuyur VİDEO

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AzVision.az xəbər verir ki, “CNN” telekanalının məlumatına görə, Venesuela prezidenti, eyni zamanda, ABŞ ilə münasibətlərin pisləşməsindən sonra öz həmvətənlərini sakit olmağa çağırıb. “Müharibənin əleyhinə çıxan Amerika vətəndaşlarına çox məşhur bir mahnı ilə cavab verirəm: “Narahat olma, xoşbəxt ol”...Müharibəyə - yox, xoşbəxt olun. Bu çılğın müharibəyə - yox. Xeyr. Xoşbəxt olun”, - Nikolas Maduro deyib.

Daily Mail: “Venesuela Ukraynadan vacibdir”

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Maduronun siyasi karyerasının bitmək üzrə olduğunu bəyan etmişdi: “Onun saylı günləri qalıb”. Dekabrın 10-da axşam saatlarında isə ABŞ Sahil Mühafizəsi və Federal Təhlükəszilik Bürosu (FTB) Venesuela sahillərində neft tankerini ələ keçirib. Amerika hakimiyyəti tankerin xarici terror təşkilatları üçün qeyri-qanuni neft daşınmasında əli olduğunu düşünürlər. Venesuelanın vitse-prezidenti Delsi Rodriqes bildirbi ki, ABŞ-nin əsl məqsədi “heç bir ödəniş etmədən Venesuela neftini oğurlamaq və ya mənimsəməkdir”. Yeri gəlmişkən, adının şəkilməsini istəyən amerikalı mənbəyə istinad edən “Daily Mail” nəşri bir həftə əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubionun öz siyasi gələcəyini möhkəmləndirmək ümidi ilə xarici siyasət kursunda diqqətini Ukraynadan Venesuelaya yönəltdiyini yazmışdı.

pic.twitter.com/01ZzDLmrEK

— Ahmadov (@BigAhmadov) December 11, 2025

Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
azvision.az

2Источники