RU

Kameranın yerini əzbərləyən sürücülər avtobus zolağında yaxalandılar VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda qaydaları saymayan sürücülərin hərəkətlıri avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 2-də, paytaxtın Sabunçu-Zabrat yolunda qeydə alınıb. Belə ki, 77-RK-510 qeydiyyat nişanlı "Hyundai" və 99-XT-819 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobillərin sürücüləri avtobus zolağına daxil olaraq hərəkət ediblər. Qeydə alınmış videodan aydın şəkildə görünür ki, sürücülər bir az qarşıda avtobus zolağını tərk edərək sol zolağa keçiblər. Sürücülərin məqsədi kameranın qeydə almadığı məsafədə avtobus zolağı ilə hərəkət etmək olub. Lakin görüntünü qeydə alan sürücünün kamerasından yan keçə bilməyiblər.

Sözügedən videonu təqdim edirik.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
avtosfer.az

1Источники