RU

Xəzər Tibb Mərkəzində yeniliklər: 821 cərrahi 90 min müraciət

"İcbari tibbi sığortanın tətbiqi Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və infrastrukturun gücləndirilməsinə şərait yaradıb".

E-saglam.az xəbər verir ki, bunu Xəzər Tibb Mərkəzinə təşkil olunan mediatur zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib:

"Son illər ərzində Mərkəzin maddi-texniki bazası yenilənib, müasir tibbi avadanlıqların quraşdırılması ilə diaqnostika və müalicə imkanları əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Mərkəz diaqnostik və müalicə məqsədli müasir tibbi avadanlıqlarla (elektromiyoqrafiya (əzələ hərəkətlərinin elektrik aktivliyini ölçmək üçün istifadə olunur), treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya, spirometriya, kolonoskopiya, ultrasəs müayinəsi, bronxoskopiya, kolposkopiya, elektrokardioqrafiya və Avastin inyeksiyası üçün xüsusi avadanlıqlar) təmin edilib.Səhiyyə müəssisəsində 7/24 fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya yaradılıb ki, bu da pasiyentlərin təcili və dəqiq diaqnostik xidmətlərə çıxışını xeyli yaxşılaşdırıb.İcbari tibbi sığortanın tətbiqi ilə yanaşı, Xəzər Tibb Mərkəzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi yaradılıb və hazırda pasiyentlərə fasiləsiz xidmət göstərir.

Bu ilin ilk 6 ayında Mərkəzə 90 000-ə yaxın müraciət daxil olub, ümumilikdə 248 000-dən artıq xidmət göstərilib və icbari tibbi sığorta ilə 821 cərrahi xidmət icra edilib".

E-saglam.az 

Избранный
43
3
e-saglam.az

4Источники