RU

Aİ Rusiya qazından tamamilə imtina edir: plan təsdiq olundu

Aİ səfirləri Rusiya qazının idxalına qadağa qoymaq planını təsdiqləyiblər. Bu barədə Aİ Şurasının Danimarka sədrliyi məlumat verib.
Editor.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bu, qanunun qəbul edilməsindən əvvəl “son hüquqi maneələrdən birini” aradan qaldırıb. Sənəd artıq Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir və səsvermə gələn həftəyə planlaşdırılır. Daha sonra Aİ nazirləri planı təsdiqləməlidirlər.

Macarıstan və Slovakiyanın müxalifətinə baxmayaraq, sənədin səs çoxluğu ilə qəbul ediləcəyini gözləyir.
Aİ Şurası 3 dekabrda Rusiyadan qaz tədarükünün qadağan edilməsi ilə bağlı ilkin razılığa gəlib. Aİ 2026-cı ilin sonundan etibarən mayeləşdirilmiş təbii qaz idxalını, 2027-ci ilin payızından isə boru kəməri qazını qadağan etməyi planlaşdırır. Macarıstan və Slovakiya sənədin qəbul edilməsinə qarşı çıxıblar. Hər iki ölkə Rusiya nefti və qazını “Drujba” və “TürkAxını” boru kəmərləri vasitəsilə alır.

//Samir Qurbanov, Editor.az

Избранный
59
editor.az

1Источники