RU

Prezident rektoru vəzifəsindən azad etdi - Yeni təyinat

Şahin Məhərrəm oğlu Əliyev Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, Şahin Əliyev 2022-ci ilin mayında Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin olunmuşdu.

Избранный
113
20
operativmm.az

10Источники