RU

AzMİU-da Elektron Kitabxananın yeni oxu zalı istifadəyə verildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müasirtəhsil infrastrukturunun genişləndirilməsi istiqamətində növbətimühüm addım atılıb. Universitetin 50 illik yubleyi çərçivəsindəElektron Kitabxananın 1 saylı tədris korpusunda yeni oxu zalıistifadəyə verilib.

Açılış mərasimində AzMİU-nun rektoru, memarlıq doktoru,professor Gülçöhrə Məmmədova rəmzi lenti kəsdikdən sonra oxu zalıilə tanışlıq olub.

Rektor, professor Gülçöhrə Məmmədova yeni oxu zalında yaradılanşəraitlə tanış olub və bildirib ki, tələbələrin elmi-tədqiqatmühitinin müasirləşdirilməsi universitetin strateji inkişafprioritetləri sırasındadır. Onun sözlərinə görə, son illərdəAzMİU-da tədris mühitinin yenilənməsi istiqamətində ardıcıl vəsistemli addımlar atılır. Yeni oxu zalının istifadəyə verilməsi isəbu prosesin məntiqi davamıdır.

Yeni oxu zalı, xüsusilə İnşaat, Mexanika və İnformasiyaTexnologiyaları, Tikinti-iqtisad və Nəqliyyat fakültələrində təhsilalan tələbələrin elmi mənbələrə operativ çıxışını təmin etməkməqsədilə yaradılıb. Məkanda rəqəmsal resurslardan rahat istifadəimkanı təmin olunub ki, bu da tələbələrin müstəqil öyrənmə vətədqiqat imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Universitetin iqtisadi və təsərrüfat işləri üzrə prorektoruİsrafil Məmmədov oxu zalının texniki imkanları barədə ətraflıməlumat verərək bildirib ki, məkanda yüksək sürətli Wi-Fi şəbəkəsi,müasir kompüter avadanlıqları və komfortlu iş mühiti yaradılıb. O,tələbələrin şəxsi noutbuk və planşetləri ilə də elektronresurslardan sərbəst faydalana biləcəklərini vurğulayıb.

Elektron kitabxananın müdiri Aytən Rəhmanova çıxışı zamanı qeydedib ki, son illərdə elektron resurslara maraq sürətlə artmaqdadırvə istifadəçi sayının çoxalması fonunda yeni oxu zalına ciddiehtiyac yaranmışdı. Onun sözlərinə görə, bu məkan tələbələrəinformasiya resurslarını daha çevik və rahat şəkildə əldə etməyəimkan verəcək.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili isə butəşəbbüsü tələbələrin təhsilinə göstərilən diqqət və qayğının bariznümunəsi kimi qiymətləndirərək, tələbə kollektivi adındanuniversitet rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, elektron kitabxanadakı kitablar əsasən 3 dildə -Azərbaycan, Rus və İngilis dilərindədir. Buradakı kitabların vəelektron materialların sayı əhəmiyyətli dərəcədə artırılıb. Hazırdaümumi resurs sayı 510 mindən çoxdur. Elektron katoloqungenişləndirilməsi AzMİU-nun kitabxanalarına müraciət edənoxucuların lazım olan kitabı sürətli şəkildə əldə etməsinə imkanyaradır. Katoloqlarda kitabların və müəlliflərinin adı, eləcə də bukimi zəruri məlumatlar yer alır. Kitablardan əlavə, digərmateriallarla bağlı zəruri məlumatlar da elektron katoloqlardayerləşdirilib.

AzMİU-nun elektron kitabxanası 2012-ci ildə ildə qurulub vədaimi yenilənmə əsasında elektron kitabxana və katoloqdakımaterialların sayı mütəmadi olaraq artırılır. Elektron Kitabxananınyeni oxu zalının fəaliyyətə başlaması AzMİU-da elmi araşdırma,fərdi hazırlıq və mütaliə üçün yaradılan imkanları daha dagenişləndirəcək. Bu layihə universitetdə müasir və rəqəmsal təhsilmühitinin formalaşdırılması istiqamətində atılan növbəti mühümaddım kimi qiymətləndirilir.

AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
Избранный
19
6
az.trend.az

7Источники