RU

İranda insident oldu, 3 SEPAH üzvü öldürüldü

Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Quru Qoşunlarının üç üzvü öldürülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

Hadisə Zahidan yaxınlığındakı cənub-şərq sərhədində Sistan-Bəlucistan əyalətinə yaxın ərazidə silahlı qruplarla toqquşma zamanı baş verib.

Öldürülən SEPAH üzvləri korpusun Qüds Baza bölməsinin tərkibində yer alıb.

Dövlət mediası təqib əməliyyatlarının davam etdiyini bildirsə də, hələlik hadisənin təfərrüatları ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, İranın Pakistan və Əfqanıstanla həmsərhəd olan cənub-şərq bölgəsi uzun müddətdir ki, silahlı toqquşmaların mərkəzi olub. Əsasən Bəlucistan bölgəsində silahlı qruplar tərəfindən təhlükəsizlik qüvvələrinə, məhkəmələrə və hökumət binalarına dəfələrlə hücumlar olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
112
yeniavaz.com

1Источники