"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb.
Publika.az xəbər verir ki, Bakıda Niderlandın "Ayaks" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələn Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 0:8 hesabı ilə uduzub.
Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 turnir cədvəlinin 35-ci pilləsində qərarlaşıb.