Azərbaycan Mərkəzi Bankı “Mobile Payment Solutions” MMC-nin vəzifəli şəxsini 2 min manat cərimə edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci və 9.3-cü maddələri ilə müəyyən edilmiş tələblərin pozulmasına görə “Mobile Payment Solutions” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.1.1-ci maddəsinə müvafiq olaraq 2 min manat məbləğində cərimə edilib.
Tarix: 10 Dekabr 2025, 15:50