AZ

Mərkəzi Bank “Portmanat”ın vəzifəli şəxsini cərimələdi

Azərbaycan Mərkəzi Bankı “Mobile Payment Solutions” MMC-nin  (portmanat.az) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.

 

Noyabrda, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci və 9.3-cü maddələri ilə müəyyən edilmiş tələblərin pozulmasına görə “Mobile Payment Solutions” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.1.1-ci maddəsinə müvafiq olaraq 2 000 manat məbləğində cərimə edilib.

 

Cari ilin sentyabrında isə anunun 63.1-ci maddəsi rəhbər tutularaq, “Mobile Payment Solutions” MMC-yə ödəniş xidmətlərinin ödəniş agentləri vasitəsilə göstərilməsinin dərhal dayandırılmasına dair icrası məcburi olan göstəriş verilmişdi.

Tarix: 10 Dekabr 2025, 15:42   
Seçilən
12
5
pravda.az

7Mənbələr