RU

Trampın növbəti məğlubiyyəti ŞƏRH

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Floridanın Mayami şəhərində keçirilən mer seçkilərində demokratlar 28 il sonra qalib gəlib.

Demokrat Eilin Higgins Trampın dəstəklədiyi respublikaçı Emiliano Qonzalez üzərində 19% fərqlə (59-40) qalib gəlib.

Florida prezident seçkilərində ənənəvi olaraq respublikaçı namizədə səs verir. Mayami ştatın ikinci böyük şəhəridir. Ötən dəfəki mer seçkilərini respublikaçılar düz 67% fərqlə qazanmışdı.

Lakin Tramp hazırda o qədər qeyri-populyardır ki, “qırmızı” ştatlarda demokratların səsləri xeyli yüksəlib. Bu isə 2026-cı il Konqres seçkilərində “mavi dalğa” ehtimalını artırır.

Tramp hazırda Putinlə bərabər Ukraynanı əlverişsiz sülhə məcbur edərək özü üçün uğur hekayəsi düzəltməyə çalışır. Cəbhədə Ukrayna ordusunun uğurla müqavimət göstərməyə davam etdiyi və Putinin Donbasda “aldıq” heç bir şəhərin işğal edilmədiyi bir şəraitdə ABŞ administrasiyasının bu mövqeyi qeyri-əxlaqi və qəbuledilməzdir.

Şahin Cəfərli

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
66
icma.az

1Источники