RU

"Ukrayna seçkiləri barədə hələ müzakirə aparılmayıb" - Kreml

Rusiya Prezidenti Vladimir Putin Ukraynada prezident seçkilərinin keçirilməsinin zəruriliyini bildirib. 

Missiya.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov deyib ki, Rusiya tərəfi Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ ilə seçkilərin mümkünlüyü ilə bağlı açıqlamalarını hələ müzakirə etməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna xalqının seçki hüququnu müdafiə etdiyini söyləyib. Zelenski isə təhlükəsizlik təmin olunarsa, yaxın 60-90 gün ərzində seçki keçirməyə hazır olduğunu açıqlayıb.

Ukraynada son prezident seçkiləri 2019-cu ildə keçirilib. Hazırda ölkədə hərbi vəziyyət qüvvədə olduğundan, seçkilər hələ təşkil olunmayıb.

Seyranə QuliyevaMissiya.Az

Избранный
239
50
missiya.az

10Источники