Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı mövqeyini demək olar ki, dəyişməyib.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sky Newsyayıb.Məlumata görə, Rusiyanın sülh planını qəbul etmək istəməməsi ABŞ-ın prezidenti Donald Tramp üçün də ciddi sınaq olacaq.Nəşr xatırladır ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Floridada Donald Trampla görüşməlidir. Görüş zamanı müharibənin dayandırılmasına dair 20 maddədən ibarət yeni sülh planının müzakirəsi nəzərdə tutulur. Zelenskinin sözlərinə görə, bu plan artıq 90 faiz hazırdır.
Lakin Trampın son açıqlamaları onun prosesi ləngitməyə çalışdığını və sülh planının potensialına tam inanmadığını göstərir. O, qarşıdakı görüşü şərh edərkən “Mən təsdiqləməyincə sülh planı olmayacaq” deyə bildirib.
Məqalədə qeyd olunur ki, Zelenski və koalisiya üzrə müttəfiqləri Trampı, Rusiyanın istəkləri siyahısına bənzəyən ilkin 28 maddəlik planı dəstəkləməkdən çəkindiriblər. Kiyevdə hazırlanmış 20 maddəlik yeni versiya isə müəyyən kompromisləri özündə ehtiva edir.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.