RU

"Sülh Moskva üçün mütləq prioritetdir"

"Rusiya Ukrayna ilə atəşkəs deyil, sülhün bərqərar olmasına çalışır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, imzalanmış sənədlərə əsasən, Ukraynada davamlı və uzunmüddətli sülh Moskva üçün mütləq prioritetdir.

Peskov həmçinin deyib ki, Moskvanın hələ Vaşinqtonla Volodimir Zelenskinin Ukraynadakı prezident seçkiləri ilə bağlı bəyanatını müzakirə etməyə vaxtı yoxdur.

 Bununla belə, o qeyd edib ki, Rusiya prezidenti uzun müddətdir Ukraynada prezident seçkilərinin keçirilməsinin zəruriliyindən danışıb.

Избранный
14
1
operativmm.az

2Источники