RU

Ermənistan nümayəndə heyəti Bakıda “3+3” ün iclasında iştirak edə bilər

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan nümayəndə heyətinin Bakıda “3+3” formatında keçiriləcək görüşdə iştirakının mümkünlüyünü istisna etməyib.

APA “Armenpress”ə istinadən xəbər verir ki, o, Azərbaycanın Bakıda belə bir görüşün keçirilməsi təklifi ilə bağlı mövqeyinə toxunarkən bildirib.

“Düşünmürəm ki, hər hansı regional format çərçivəsindən çıxmaq düzgün məntiq olardı və mən Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcək hər hansı tədbirdə iştirakını istisna etmirəm”, - erməni spiker qeyd edib.

O vurğulayıb ki, əgər hər hansı bir məsələ olarsa, onlar həmin məsələni qaldıracaqlar.

“Amma iştirak etməmək, mənim fikrimcə, sadəcə qəbuledilməzdir", - Simonyan əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
84
3
apa.az

4Источники