RU

Pilləkəni bu cür qalxmağın təəccüblü təsiri: xroniki xəstəliklərə tutulma ehtimalını azaldır

Gündəlik həyatın təlaşı arasında idman zalına vaxt ayırmaq hər kəs üçün mümkün olmaya bilər. Lakin mütəxəssislər bildirirlər ki, sağlam və uzun ömür yalnız intensiv idmanla əldə edilmir.

E-saglam.az xəbər verir ki, adi gündəlik hərəkətlər belə xroniki xəstəliklərə qarşı güclü qoruyucu təsir göstərir.

Sosial mediada gördüyümüz ağır idman məsləhətləri çox vaxt xüsusi proqramlara ehtiyac olduğu fikrini yaradır. Amma tədqiqatlar sübut edir ki, gün ərzində şüursuz etdiyimiz kiçik hərəkətlər belə sağlamlığa ciddi töhfə verir.

İşə piyada getmək, evdə sürətli hərəkət etmək və pilləkənlərlə qalxmaq bədəni gücləndirən ən effektiv fəaliyyətlərdəndir. London Universitetinin idman alimi Mark Hamer insanların gündəlik həyatlarında fərqinə varmadan yetərincə aktiv olduqlarını, bunun isə uzunmüddətli ürək-damar sağlamlığını dəstəklədiyini bildirib.

Mütəxəssislərin sözlərinə görə, gündə bir neçə dəfə təkrarlanan qısa və sürətli fəaliyyətlər xroniki xəstəlik riskini azaldır. Sidney Universitetindən Metyu Əhmədi xüsusilə pilləkənlərlə sürətli qalxmağın dözümlülüyü artırdığını və ürək sağlamlığını qoruduğunu vurğulayıb. Onların fikrincə, fiziki fəaliyyət üçün uzun müddətə ehtiyac yoxdur. “Bir az hərəkət heç nədən yaxşıdır” prinsipi burada tam uyğun gəlir. Hətta evdə qısa gəzişmələr, uşaqlarla oynamaq və ya işdən sonra bir neçə məhəllə piyada gəzmək belə zamanla orqanizmi gücləndirir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
11
e-saglam.az

1Источники