RU

ABŞ Suriyadan bütün sanksiyaları GÖTÜRÜR – “Sezar Aktı” tarixə QOVUŞUR

ABŞ Suriyaya qarşı bütün sanksiyaları ləğv etməyə hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Konqres “Sezar Aktı”nı ləğv edərək Suriya iqtisadiyyatının bərpasına qoyulan maneələri aradan qaldırır.

Məlumata əsasən, ABŞ Konqresi Suriyaya qarşı “Sezar Aktı” çərçivəsində tətbiq edilən və ölkə iqtisadiyyatının bərpasına mane olan sanksiyaları ləğv etmək niyyətindədir. Bu barədə müddəa 2026-cı maliyyə ili (oktyabrın 1-dən başlayıb) üçün müdafiə büdcəsi haqqında qanun layihəsinə (NDAA) daxil edilib.

Sənəd layihəsində bildirilir: “2019-cu il tarixli Suriya Mülki Əhalisinin Müdafiəsi haqqında ‘Sezar Aktı’ bununla ləğv edilir”.

Sənəd Ağ Evi yeni Suriya rəhbərliyinin terror təşkilatları ilə mübarizə apardığı, azlıqların hüquqlarını qoruduğu, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı çıxdığı barədə mütəmadi olaraq məlumat verməyə öhdədar edir.

Qanunun ilin sonuna qədər qəbul edilməsi və prezident Donald Tramp tərəfindən imzalanması gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
87
interpress.az

1Источники