RU

ABŞ-nin Türkiyədəki səfiri Ankaranı Rusiyanın “S-400” sistemindən imtina etməyə çağırıb

Bakı. Trend:

Ankara Amerika istehsalı “F-35” qırıcılarının istehsalı vəsatınalınması proqramına qayıtmaq istəyirsə, Rusiya istehsalı olan“S-400” hava hücumlarından müdafiə sistemlərindən imtinaetməlidir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu ABŞ-ninTürkiyədəki səfiri Tom Barrakmətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, Vaşinqton və Ankara “S-400” məsələsi vəTürkiyənin F-35 proqramına “yenidən qoşulmaq” istəyinə dairdanışıqlar aparırlar.

“ABŞ qanunvericiliyinə əsasən, Türkiyə “F-35” proqramınaqayıtmaq üçün S-400 sistemlərini daha artıq istismar edə və yaonlara sahib ola bilməz”, – deyə Barrak bildirib.

Səfir vurğulayıb ki, prezidentlər Rəcəp Tayyib Ərdoğan və DonaldTramp arasında bu məsələyə dair münasibətlər son onilliklər ərzində“ən məhsuldar” olub. O, bunun yaxın aylarda irəliləyişə gətiribçıxaracağına ümid etdiyini və Türkiyənin ABŞ-nin “təhlükəsizliktələblərini təmin edəcəyini” deyib.

Məqalədə:
Избранный
18
az.trend.az

1Источники