RU

Bakıda “Mədəniyyət və hüquq: müasir çağırışlar” adlı forum keçirilir

Bakıda “Mədəniyyət və hüquq: müasir çağırışlar” adlı forum keçirilir.

İnterpress.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir Fərəh Əliyeva, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, nazir müavinləri, elm xadimləri, deputatlar, eləcə də digər dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Forum Azərbaycanın hüquq və mədəniyyət sahələrində müasir çağırışlara diqqət yetirmək və bu sahələrdəki inkişafları müzakirə etmək məqsədi daşıyır.

Tədbir çərçivəsində “Mədəniyyət və hüquq”, “Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz” və “Mədəniyyətin beynəlxalq münasibətlər sistemindəki yeri” mövzuları müzakirə ediləcək.

Forumda iştirak edən ekspertlər və dövlət qurumlarının nümayəndələri Azərbaycanın mədəni irsinin qorunması və inkişafı, o cümlədən mədəniyyətin hüquqi təminatının gücləndirilməsi ilə bağlı müzakirələr aparacaqlar.

Forum Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Избранный
42
6
interpress.az

8Источники