RU

Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi həbs edildi

BAKI, 10 dekabr. TELEQRAF

Bakının Nərimanov metrostansiyasında qadına əxlaqsızlıq edən şəxs saxlanılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Neftçala rayon sakini, 1979-cu il təvəllüdlü Amil Babayev N.Nərimanov stansiyasında qatarın içərisində Gürcüstan Respublikasının vətəndaşı Elmiraya (ad-soyadlar şərti verilib – red.) qarşı qeyri-əxlaqi hərəkətlər edib, onu narahat edib və ictimai qaydanı pozub.

Hadisəni törədən A. Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş isə ifadəsində göstərib ki, təqsirli bilinən şəxs ona qarşı metroda əxlaqsız hərəkətlər edib: “Əli ilə bədənimə toxundu. Mən birinci dəfə bunun səhvən olduğunu düşünsəm də, sonradan bu hərəkətlərin davam etməsini hiss etdim. Həmin kişinin qəsdən etdiyini anladım. Həmin kişiyə qışqıraraq niyə belə etməsini soruşdum. Bu zaman kişi stansiyada qatardan düşərək uzaqlaşmağa çalışdı. Mən də öz növbəmdə polis əməkdaşına şikayət edərək müvafiq tədbirin görülməsini xahiş etdim”.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Babayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Избранный
30
1
teleqraf.com

3Источники