RU

Azərbaycan millisinə qol vuran futbolçu MS in hədəfində

ain.az, futbolpress-az saytına istinadən bildirir.

“Monako”nun futbolçusu Maqnes Akliuş karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. “Mançester Siti” klubu 23 yaşlı yarımmüdafiəçini yaxından izləyir.

“Tottenhem“, “Bayer” və PSJ kimi klubların da diqqətində olan fransalı futbolçunun transfer yarışında “şəhərlilər” bir addım öndədir.

“Monako” Akliuşu azı 70 milyon avro qarşılığında satmağa hazırdır.

Fransa millisinin də üzvü olan futbolçu bu mövsüm 19 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Maqnes Fransa yığmasının Bakıda Azərbaycana qalib gəldiyi oyunda (3:1) bir qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
futbolpress.az

1Источники