Vaşinqton, 10 dekabr, AZƏRTAC
Kanadanın ABŞ-dakı səfiri Kirsten Hillman vəzifəsindən istefa verib.
AZƏRTAC-ın CTV-yə istinadən verdiyi məlumata görə, o, bu vəzifəyə 2020-ci ilin mart ayında təyin edilib və həmin postda xidmət edən ilk qadın olub.
İstefanın səbəbləri açıqlanmayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton