BAKI, 10 dekabr. TELEQRAF
Ukrayna 10 dekabrda ABŞ-yə sülh planı ilə bağlı təkliflər paketini təqdim etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
“Hazırda və sabah müşavirlər səviyyəsində işləyirik. Düşünürəm ki, artıq sabah təqdim edəcəyik”, - o bildirib.