RU

“Seltik”in sabiq hücumçusu dünyasını dəyişdi

Şotlandiyanın “Seltik” klubunun sabiq hücumçusu Con Dins vəfatı edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu 79 yaşında dünyasını dəyişib.

Con Dins karyerası ərzində “Albion Rovers”, “Mazervell” və “Patrik Tisl” (Şotlandiya), həmçinin “Luton Taun” və “Karlayl Yunayted” (İngiltərə) klublarında çıxış edib. Karyerasını isə Avstraliyanın “Adelaide Siti” klubunda başa vurub.

Ən məhsuldar dövrünü “Seltik”də keçirən Dins üç dəfə Şotlandiya çempionu olub, iki dəfə ölkə kubokunu və bir dəfə də Liqa kubokunu qazanıb. O, həmçinin Şotlandiya yığmasında da çıxış edib. “Seltik”də 126 oyunda 89 qol vurub.

Избранный
16
90deqiqe.az

1Источники