RU

Şimali Koreydakı Rusiya səfiri öldü

Şimali Koreyanın dövlət radiosu “Koreyanın Səsi”nin məlumatına görə, Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə teleqram göndərərək Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqoranın vəfatı ilə bağlı başsağlığı verib.

Bəyanatda deyilir ki, Kim Çen In həmçinin Rusiya səfirliyinin əməkdaşlarına dəstək sözlərini çatdırıb.
Xatırladaq ki, Aleksandr Matseqoranın 6 dekabrda 70 yaşında vəfat etdiyi bildirilir. O, 2014-cü ildən KXDR-dəki diplomatik nümayəndəliyə rəhbərlik edirdi. Bundan əvvəl isə 2006-cı ildən səfirlikdə nazir-məsləhətçi vəzifəsində çalışıb.

//Samir Qurbanov, Editor.az

Избранный
14
editor.az

1Источники