RU

“Beşiktaş” bu legionerlə yollarını ayıracaq

"Beşiktaş" legionerlərindən biri ilə yollarını ayıracaq.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Joao Marionu komandada saxlamaq fikrində deyil.
 

"Qara qartallar" hazırda icarə əsasında AEK-də (Afina) oynayan 32 yaşlı portuqalı komandadan göndərəcək.


Joao Marionun "Beşiktaş"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Belə ki, Mario Afinada qalmaq niyyətindədir.

Yunanlar onu azad agent kimi heyətinə qatmağa hazırdır.

Joao “Sportinq”, “Setubal”, “İnter”, “Vest Hem”, “Lokomotiv”, “Benfika” klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
57
3
bizim.media

4Источники