RU

Britaniyadan YENİ SANKSİYALAR

Böyük Britaniya anti-Rusiya sanksiyaları çərçivəsində beş təşkilat və iki şəxsə məhdudiyyətlər qoyub.

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xəzinədarlığının saytında açıqlama verilib.

Sanksiyalar filosof Aleksandr Duqinə və onun Geosiyasi Ekspertiza Mərkəzinə, hərbi bloqer Mixail Zvinçuka və onun rəhbəri olduğu “Rıbar” analitik mərkəzinə, həmçinin Avropa informasiya resursu “Golos”a (təşkilat Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent siyahısına daxil edilib), xaricdə yaşayan həmvətənlərin hüquqlarının müdafiəsi və dəstəklənməsi üzrə Rusiyanın Fonduna və Brüsseldə fəaliyyət göstərən "Euromore" informasiya resursuna şamil edilib.

Məhdudiyyətlər onların Böyük Britaniyaya girişinə qadağa qoyulmasını və aktivlərinin aşkar edildiyi təqdirdə dondurulmasını nəzərdə tutur.

Избранный
40
1
publika.az

2Источники