RU

Premyer Liqa: “Araz-Naxçıvan” “Kəpəz”i məğlub etdi

BAKI, 9 dekabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XIV turunda “Araz-Naxçıvan” və “Kəpəz” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşün 38-ci dəqiqəsində Coşqun Diniyev fərqlənib.

Bu nəticədən sonra Elmar Baxşıyevin komandası 23 xalla turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. Azər Bağırovun kollektivi isə 6 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun son qarşılaşmasında “Sumqayıt” və “İmişli” komandaları qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüş saat 19:30-da start götürəcək.

Избранный
72
1
teleqraf.com

2Источники