AZ

Premyer Liqa: “Araz Naxçıvan” “Kəpəz”i məğlub etdi

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XIV turunda “Araz-Naxçıvan” və “Kəpəz” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşün 38-ci dəqiqəsində Coşqun Diniyev fərqlənib. Matçın 64-cü dəqiqəsində isə Patrik Andrade fərqlənərək üstünlüyü bir qədər də artırıb.

Bu nəticədən sonra Elmar Baxşıyevin komandası 23 xalla turnir cədvəlinin 6-ci pilləsində, Azər Bağırovun kollektivi isə 6 xalla 11-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turun son qarşılaşmasında “Sumqayıt” və “İmişli” komandaları qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüş saat 19:30-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
sherg.az

2Mənbələr