Bakı. Trend:
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdiklərivideogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindənsaxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali,Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrəməhkəmənin növbəti prosesi keçirilib.
Trend xəbərverir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə sənədlərtədqiq edilib.
Daha sonra cinayət işinə əlavə edilmiş videogörüntü prosesdənümayiş edilib.
Bununla da məhkəmə istintaqı yekunlaşıb. Daha sonra dövlətittihamçısı çıxış edib.
Prokuror Alzaman Mahdi Ali 4 il, Alghabr Mohammad Hussain 4 il,Alghabr Mahdi Mohammad 4 il müddətə azadlıqdan məhrum edilməsinitəklif edib.
Zərərçəkən tərəf onları bağışladıqlarını bildirib. Müdafiətərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.
Növbəti prosesi 16 dekabrda keçiriləcəkdir.
Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlərxiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünüsosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinəturist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosialşəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərindətəhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.