"Hər hansı Orta Asiya ölkəsinə kamera və mikrofon alıb getsəniz, xalqa sual versəniz, məndən başqa azərbaycanlı müğənni tanımırlar".
Musavat.com xəbər verir ki, bu sözləri meyxanaçı Tərlan Novxanı "Rəngarəng" verilişində deyib.
O iddia edib ki, Azərbaycandan kənarda tanınan tək meyxanaçıdır:
"Mən də öz sahəmdə az iş görməmişəm. Orta Asiya ölkələrinə kamera və mikrofon alıb gedək, xalqa sual verək, məndən başqa azərbaycanlı müğənni tanımayacaqlar. Bir də Üzeyir Mehdizadə tanınır. Meyxanaçı olaraq isə tək mənəm. Nə Vüqar Əbdülov, nə Pərviz Bülbülə... Mən isə öz gördüyüm işlərin sənətkarıyam".