RU

Tütün məmulatları üzrə aksiz vergiləri KƏSKİN ARTIRILDI

Tütündən hazırlanan siqaretə alternativ olan digər tütün məmulatları üzrə aksiz vergiləri artırılıb.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri aksiz dərəcələri dəyişdirilən tütün məmulatlarının siyahısını açıqlayıb:

“Birincisi, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullardır. Bu məhsullar üzrə aksizin 1000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25.5 manata qaldırılması təklif edilir.

İkincisi, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş”, çeynənilən və ya buruna çəkilən tütünlərdir. Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılması təklif edilir”.

Günay Şahmar, Bizim.Media

Избранный
64
12
bizim.media

10Источники