RU

USQ Pokrovsk yaxınlığındakı bəzi mövqelərdən geri çəkilməsinin səbəbini açıqlanıb

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Komanda qərarından sonra Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələri Lısovka və Suxoy Yar yaşayış məntəqələri yaxınlığında mütəşəkkil manevr həyata keçirib və şəxsi heyət daha əlverişli mövqelərə köçürülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Hava-Desant Hücum Qoşunlarının (HHQ) 7-ci Korpusunun Donetsk bölgəsindəki Pokrovsk və Mirnoqrad yaxınlığındakı bəzi mövqelərdən geri çəkilmə ilə bağlı açıqlamasında bildirilib.

Bəyanatda qeyd olunur ki, "manevr hərbçilərin həyatını xilas etmək, qrupun maddi-texniki təminatını yaxşılaşdırmaq və cəbhə xəttini uyğunlaşdırmaq üçün həyata keçirilib".

Qeyd edilib ki, təhlükəsizlik səbəblərinə görə, pozuntu riskinin qarşısını almaq üçün əməliyyat haqqında məlumat bir müddət ictimaiyyətə açıqlanmayıb. Həmçinin Mirnoqrad ərazisində vəziyyətin mürəkkəb olaraq qaldığı bildirilib.

7-ci Korpus qeyd edir ki, düşmən şəhəri KAB-larla aktiv şəkildə atəşə tutur və ruslar son bir həftə ərzində şəhərə 21 hava bombası atıblar. "Düşmən intensiv hücum əməliyyatları aparır, şəhərin cənub-şərq hissəsindəki mövqelərinə nüfuz etməyə və möhkəmləndirməyə çalışır. Müdafiə Qüvvələri bütün mövcud vasitələrdən istifadə edərək düşmən hücum qruplarını məhv edir", - deyə bəyanatda qeyd edilib.

Ukrayna mətbuatının verdiyi məlumata görə, Ukrayna Müdafiə Qüvvələri bir neçə həftə əvvəl Pokrovsk və Mirnoqrad yaxınlığındakı bəzi mövqelərdən, xüsusən də Suxoy Yar və Lısovka ərazisindən geri çəkilib. Qeyd olunub ki, bu, yarımmühasirənin ölçüsünü azaldır.

Bunun potensial mühasirənin qarşısını almaq və cəbhə xəttini düzəltmək məqsədi ilə edildiyi bildirilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
bizimyol.info

1Источники