RU

"Klub rəhbərliyində olanlar üçün "Neftçi" o qədər də maraqlı deyil" - braziliyalı kapitan

"Neftçi" baş məşqçi dəyişikliyinə getdi. Samir Abasovu göndərdilər, qələbə qazana bilmirlər. Nə deyim? Görünür ki, "Neftçi"də klub idarəçiliyində problemlər var".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin sabiq kapitanı Flavinyo deyib.

"Ağ-qaralar"ın heyətində uzun illər oynamış braziliyalı sabiq komandasının uğursuz çıxışından bəhs edib:

"Neftçi" klub rəhbərliyində olan idarəçilər üçün maraqlı deyil. Sanki idarəçilər şəxsi maraqlarını üstün tuturlar. Təəssüf ki, "Neftçi"nin durumu ürəkaçan deyil. Hər bir komandaya yaxşı məşqçi lazımdır. Amma yaxşı məşqçiyə həm də, yaxşı komandaya ehtiyacı var. Futbolçular isə meydanda 100 faizini deyil 200 faizini qoymalıdır. “Neftçi”də isə hazırda bunu görmürəm".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Избранный
71
sportal.az

1Источники