Misli Premyer Liqasında XIV turun son oyunları keçiriləcək.
Moderator.az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.
Açılış qarşılaşmasında "Araz Naxçıvan" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.
Günün ikinci oyununda "Sumqayıt" klubu öz meydanında "İmişli" komandası ilə üz-üzə gələcək. Bu matç saat 19:30-da başlayacaq.
Misli Premyer Liqası
XIV tur
9 dekabr
17:00. "Araz-Naxçıvan" - "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Liv Bona Dea Arena".
19:30. "Sumqayıt" - "İmişli"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.